“Qafqazinfo”nun Azərtac-a istinadən məlumatına görə, mərasimdə tədbir iştirakçılarını Azərbaycan dilində salamlayan belçikalı sənətkar Vim Delvua da çıxış edib: “Mən yeniyetmə olarkən Azərbaycan barədə eşitmişdim. Bu söz mənə çox xoş gəlirdi. Azərbaycana ikinci səfərimdən sonra şahidi oldum ki, bura gözəl, möhtəşəm bir ölkədir. Mən bu ölkədə yaşayan insanların enerjisinə heyranam”.
Sentyabrın 27-dək davam edəcək sərgidə müəllifin 50-dək əsəri təqdim olunur. Vim Delvuanın “Betonqarışdıran”, “Nautilus”, “Dafnis və Xloya” (saat əqrəbi və ək istiqamətlərində) kimi maraqlı əsərləri, eləcə də əllə naxışlanmış avtomobil təkərləri də onların sırasındadır.
Son xəbərlər
Son Xəbərlər