Məşhur rusiyalı aparıcı Türkiyədən çıxmaqda çətinlik çəkib

Məşhur rusiyalı aparıcı Türkiyədən çıxmaqda çətinlik çəkib
Oxunma sayı: 3143

Rusiyanın "Pervıy" kanalında yayımlanan "Vremya" xəbər proqramının məşhur aparıcısı Yekaterina Andreyeva yeni məhdudlaşdırıcı tədbirlərin tətbiqindən sonra bir müddət Türkiyəni tərk edə bilməyib.

"Qafqazinfo" xəbər verir ki, o bu barədə öz Instagram səhifəsində məlumat verib. Televiziya aparıcısının Türkiyədən tranzit daxil olmaqla Cənubi Afrikadan Moskvaya uçduğu qeyd olunur. Ancaq İstanbulda qeydiyyatdan keçdikdən və təyyarəyə buraxılış kağızları verildikdən sonra uçuş ləğv edilib.

“Rusların necə geri dönəcəyini bilmirəm. İstanbula uçuşlarımız son anda ləğv edildi. Və turistlərin öz biletləri ilə qayıtmasına dair bütün bu xəbərlər yalandır. Sadəcə şans və Tanrı kömək elədi”,-deyə o qeyd edib.

Eyni zamanda Andreyeva Türkiyəni necə tərk etdiyini açıqlamayıb.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya 15 aprel - 1 iyun tarixlərində Türkiyə ilə uçuşlarını dayandırdığını açıqlamışdı.