Məşhur rusiyalı müğənni vəfat etdi

meshur-rusiyali-mugenni-vefat-etdi
Oxunma sayı: 3982

Məşhur rusiyalı müğənni Boris Moiseyev vəfat edib.

“Qafqazinfo” “Unian” a istinadən xəbər verir ki, onun 68 yaşı var idi. Müğənninin ölüm səbəbi məlum deyil.

Moiseyevin bundan əvvəl iki dəfə insult keçirib. O, ilk insultunu 12 il əvvəl keçirib. Daha sonra isə qolu və üst dodağı iflic olub.

2015-ci ildə ikinci dəfə insult keçirib. Ürək dayanması nəticəsində o, süni nəfəs aparatına qoşulub. Ancaq bu dəfə də səhnəyə qayıda bilib.

Son illər xarici görünüşündən utandığı üçün sənətçi ictimaiyyət qarşısına çıxmamağa çalışıb. Çox vaxt o yalnız dayəsi və direktoru ilə əlaqə saxlayırdı.