Məşhur səhifə bu dəfə buğlamanı tanıtdı - Video

meshur-sehife-bu-defe-buglamani-tanitdi
Oxunma sayı: 5014

25 milyona yaxın izləyicisi olan və dünya mətbəxinin təamlarının hazırlanmasına aid paylaşımları ilə tanınan “Taste Life” səhifəsi bu dəfə də Azərbaycan mətbəxinə üz tutub.

“Qafqazinfo” xəbər verir ki, izləyicilər milli mətbəximizin ən məşhur yeməklərindən olan buğlamanın hazırlanma qaydası ilə tanış olublar.

“Taste Life”ın Feysbukda paylaşılan videosu 2,2 milyondan çox baxış sayı toplayıb.

Xatırladaq ki, daha əvvəl səhifə izləyiciləri Şəkinin məşhur yeməyi pitinin hazırlanma qaydası ilə tanış olmuşdular