Məşhur serial niyə efirə getmədi?

meshur-serial-niye-efire-getmedi
Oxunma sayı: 5413

Türkiyənin ATV telekanalında yayımlanan “Eşkıya Dünyaya Hükümdar Olmaz” serialı izləyicilərini məyus edib.

“Qafqazinfo” xəbər verir ki, yeni mövsümdə ilk bölümünün oktyabrın 26-da yayımlanacağı gözlənilən serial efirə getməyib. ATV həmin saatda “Baba parası” adlı film yayımlayıb.  

İddiaya görə, telekanal serialı istehsal edən prodakşnla maliyyə baxımından razılığa gələ bilməyib və bu səbəbdən günlərdir anonsu yayımlanan serial efirə getməyib. 

Bu gün isə baş rol ifaçısı Oktay Kaynarca feysbukda “Ən yaxın zamanda məsələ ilə bağlı açıqlama veriləcək...”, - deyə bildirib.

Telekanal isə rəsmi açıqlama yaymayıb.