Məşhur serialda gözlənilməz ayrılıq - Video

meshur-serialda-gozlenilmez-ayriliq
Oxunma sayı: 3005

Türkiyənin ATV kanalında yayımlanan “Sen Anlat Karadeniz” serialının baş rol ifaçılarından biri Mehmet Ali Nuroğlu ekran işindən ayrılıb.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki,  44-cü seriyanın tizerində “Vedat” obrazını canlandıran aktyorun öldürüldüyü görünür.

Nuroğlu ilə yolların ayrılmasının səbəbi hələlik açıqlanmayıb.