Məşhur serialdakı rüşvət səhnəsi qalmaqala səbəb oldu

meshur-serialdaki-rusvet-sehnesi-qalmaqala-sebeb-oldu
Oxunma sayı: 7392

Türkiyə Torpaq Qeydiyyatı və Kadastr Baş İdarəsi (TKGM) “Kanal D” telekanalında yayımlanan “Sadakatsiz” serialındakı rüşvət səhnəsinə görə Radio və Televiziya Ali Şurasına (RTÜK) müraciət edib.

“Qafqazinfo” “Cumhuriyet”ə istinadən xəbər verir ki, şikayətdə bildirilib ki, serialdakı səhnədə kadastr işçisinin rüşvət alması göstərilməklə qurum ictimaiyyət qarşısında alçaldılıb. Qurum tvitterdə etdiyi açıqlamada sözügedən səhnəni əsla qəbul etmədiyini və şiddətlə qınadığını yazıb.

“Bayındır Memur-Sen” Həmkarlar İttifaqı isə bu məsələ ilə bağlı Baş Prokurorluğa müraciət edib.

Qeyd edək ki, sözügedən səhnə serialın noyabrın 3-də efirə gedən 37-ci bölümündə nümayiş etdirilib.