Məşhur serialın aktyoru dünyasını dəyişdi

meshur-serialin-aktyoru-dunyasini-deyisdi
Oxunma sayı: 1837

“Beverly Hills,90210” serialında Dilan Makkey obrazı ilə tanınan aktyor Lyuk Perri 52 yaşında dünyasını dəyişib.

“Qafqazinfo” “TMZ”yə istinadən xəbər verir ki, insult keçirən aktyor fevralın 28-də Kaliforniyanın Berbank şəhərində xəstəxanaya yerləşdirilmişdi. Lyuk xəstəxanada qohumlarının və dostlarının əhatəsində dünyasını dəyişib. 

Qeyd edək ki, Lyuk Perri 1966-cı ildə Ohayo ştatında doğulub. O, karyerasına 1980-ci illərdə başlayıb. Ona dünya şöhrətini isə “Beverly Hills, 90210” serialındakı Dilan rolu gətirib.