Məşhur serialın çəkiliş meydançası yandı - Fotolar

meshur-serialin-cekilis-meydancasi-yandi
Oxunma sayı: 2682

İstanbulun Beykoz səmtində fabrikdə yanğın olub.

“Qafqazinfo” xəbər verir ki, yanğın baş verən ərazidə məşhur “Diriliş Ərtoğrul” serialının çəkiliş meydançası da yerləşib.

Serialı çəkən “Tekden Film” şirkətindən verilən açıqlama bildirilib ki, hadisə nəticəsində serialda istifadə edilən bütün dekorasiyalar yararsız hala düşüb.

Ölən və yaralanan olmayıb.

Hadisənin səbəbi araşdırılır.