Türkiyənin məşhur “Aşk Mantık İntikam” serialının baş rol ifaçıları Burcu Özberk və İlhan Şenin sevgili olduqları iddia olunub.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Özberk haqlarında çıxan dedi-qodulara açıqlaması ilə son qoyub.
“2021-ci il mənim üçün çox gözəl keçdi. 2022-ci ilə böyük enerji və böyük arzularla girəcəyəm”, - Yeni ili Kiprdə hotellərin birində qarşılayan aktrisa deyib.
“Sevdiklərimiz bizim köhnə şəkillərimizi fotoşop edib, sonra da onu həqiqi zənn ediblər, ona görə xəbər olub. Amma həyatımda biri olsa, bir münasibət yaşasam, gizlədərək yaşamaram”, - deyə Özberk həmkarı ilə sevgili olmadığını bildirib.
Aktrisa, həmçinin sevginin asılılıq, xəstəlik kimi olduğunu deyib: “Həyatımda ilk dəfə birinin hər anımda yanımda olmasını istədim. Amma məni başqa adama çevirdi. Azadlığımdan, yaxşı həyat şəraitimdən imtina etdim”.



Son xəbərlər
Son Xəbərlər