Məşhur şirkət 373 min avtomobili geri çağırır

meshur-sirket-373-min-avtomobili-geri-cagirir
Oxunma sayı: 2354

Yaponiyanın “Honda” şirkəti 373 mindən çox avtomobili geri çağırır.

“Qafqazinfo” xəbər verir ki, Çindən bazarında olan maşınların təhlükəsizlik yastıqlarında problemlər aşkar edilib.

Geri çağrılma “Accord”, “Fit”, “Crosstour”, “City” və “Eventus S1” modellərinə şamil olunacaq.

Problemlərin şirkət tərəfindən pulsuz olaraq aradan qaldırılacağı deyilir.