Məşhur şirkətlərin məlumatları oğurlandı - Hakerlər 500 min avro tələb edir

meshur-sirketlerin-melumatlari-ogurlandi
Oxunma sayı: 1207

Almaniyada “Volkswagen”, “Porsche” və “Airbus” kimi qlobal şirkətlərin məlumatlarının saxlanıldığı “Citycomp” şirkəti kiber hücuma məruz qalıb.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, şirkətin məlumat bazasını ələ keçirən hakerlər, sənədləri geri vermək qarşılığında 500 min avro və ya 500 min bitkoin tələb ediblər.

Məlumata görə, hakerlər ümumilikdə 516 GB həcmi olan 51 min sənədi kopyalayaraq götürdüklərini, tələb olunan pul verilməzsə, onları yayacaqlarını bildiriblər.

Qeyd edək ki, “Ericsson”, “Leica”, “Toshiba”, “UniCredit”, “Hugo Boss”, “NH Hotel Group” şirkətləri də məlumatlarını “Citycomp”da mühafizə edirdi.