Məşhur siyasətçinin 2 yaşlı oğlu eyvandan yıxılıb öldü

meshur-siyasetcinin-2-yasli-oglu-eyvandan-yixilib-oldu
Oxunma sayı: 1409

Rusiyanın məşhur siyasətçisi Kirill Roqovun oğlu bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. “Qafqazinfo”nun “Moskovskiy komsomoleç”ə istinadən xəbərinə görə, hadisə Moskvanın cənub-qərbində “Bolşoy Çeremuşkinski” küçəsində baş verib.

Məlumata görə, 2 yaşlı uşaq eyvanda dayəsinin nəzarəti altında uşaq arabasında yatırmış. Bir müddət sonra dayə məkanı tərk edib, azyaşlı isə “kolyaska”nın kəmərini hansısa yolla açaraq 5-ci mərtəbədən yerə yıxılıb. O, aldığı xəsarətlər nəticəsində vəfat edib. 

Hadisə ilə bağlı “Ehtiyatsızlıqdan ölümə səbəb olma” maddəsi üzrə cinayət işi açılıb.

Qeyd olunur ki, 53 yaşlı K. Roqovun vəfat edən körpə ilə birlikdə 4 oğlu var.