Məşhur solistlər Bakıya gələcəklər

meshur-solistler-bakiya-gelecekler
Oxunma sayı: 820

Aprelin 23-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı Rudjero Leonkovallonun “Payatsı” operasının tamaşası keçiriləcəkdir.

"Qafqazinfo"nun məlumatına görə, opera tamaşasında əsas partiyalardan biri – Nedda partiyasının ifa etmək üçün Ukrayna Milli Operasının aparıcı solisti, Ukraynanın Əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Yekaterina Straşenko dəvət olunub.

Kanio rolunu isə Z.Paliaşvili adına Tbilisi Dövlət Opera və Balet Teatrının solisti Gürcüstanın Xalq artisti, Dövlət mükafatı laureatı, professor Teymuraz Ququşvili ifa edəcəkdir.

Tamaşada eyni zamanda Azərbaycanın Əməkdar artistləri Cahangir Qurbanov (Silvio), Anton Ferştandt (Tonio) və solist Əliəhməd İbrahimov (Arlekin) iştirak edəcəklər.

Tamaşanın musiqi rəhbəri və dirijoru Azərbaycanın Xalq Artisti, professor Yalçın Adıgözəlovdur.