Məşhur şouda texniki səhv

meshur-souda-texniki-sehv
Oxunma sayı: 836

“Maşın” şou ətrafında yaranan söz-söhbətlər və qalmaqallar səngimək bilmir. 

“Qafqazinfo” xəbər verir ki, proqramın ötən gün yayımlanan bölümündə canlı yayımda buraxılan bir səhv sosial şəbəkələrdə müzakirə mövzusuna çevirilib. Belə ki, tamaşaçı səsverməsinə çıxan Cavad Rəcəbovun topladığı SMS-lər efirdə səhv göstərilib.

Realiti şou zamanı musiqiçinin topladığı nəticə açıqlanıb.

Rəcəbova 35,71 faiz səs-qalsın, 65,29 faiz səs getsin deyib. Həmin faizlər hesablanan zaman 101 faiz olduğu ortaya çıxıb.  

“Maşın” şoudan isə bunun texniki səhv olduğunu bildiriblər.