Məşhur şounun aparıcısı koronavirusa yoluxdu

meshur-sounun-aparicisi-koronavirusa-yoluxdu
Oxunma sayı: 1109

ABŞ-da “ABC” telekanalında yayımlanan məşhur “Sabahın xeyir, Amerika” şousunun aparıcısı Corc Stefanopulos koronavirusa yoluxub. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “ABC” xəbər verib.

Qeyd edilir ki, daha əvvəl COVID-19-a onun həyat yoldaşı, aktrisa və yazıçı Eli Uentuort yoluxub.

Buna qədər isə koronavirus “CNN”in Kris Kuomo və Bruk Bolduin kimi aparıcılarında aşkarlanıb.