Məşhur stilist Bakıya gəlir

meshur-stilist-bakiya-gelir-
Oxunma sayı: 669

O, həmin gün Park Bulvar Alış-Veriş Mərkəzində keçiriləcək tədbirdə müasir dəb mərkəzlərinin - Paris, London, Milan, Nyu-Yorkun Payız-Qış 2011 saç brendlərini modellər üzərində nümayiş etdirəcək və innovativ saç boyaları barədə məlumat verəcək. Bu barədə “Qafqazinfo”ya Park Bulvarın PR Meneceri Günay Nəzərova məlumat verib.

Qeyd edək ki, Sascha Breuer Nyu-York və Londonda işləyir. Milan, Paris, London dəb həftələrinin daimi iştirakçısıdır. Tez-tez dünyanın müxtəlif ölkə və şəhərlərində öz ustalığını nümayiş etdirir. Sascha müxtəlif dillərdə çıxan Vogue, Numéro, Harpers Bazzar, Glamour, Marie Claire, Vanity Fair, ELLE kimi dəb və stil jurnalları üçün fotoçəkilişlərdə iştirak edir. Dünyanın ən məşhur dəb fotoqrafları Rankin, Peter Lindberq , Laura Bartli ilə işləyir. Naomi Kempbel, Kristin Devis, İsla Fişer, Yeva Qrin , Ənn Hetuey, Yeva Hertsiqova, Dayana Krüger, Ella Makperson, Darya Verbovı, İsveç şahzadəsi Victoriya üçün çəkilişlərdə saç stili yaradır.

Nigar Məmmədli