Məşhur stilist xəstəxanalıq oldu - “Xeyli qan itirib...”

meshur-stilist-xestexanaliq-oldu
Oxunma sayı: 3123

“İşte benim stilim” dəb müsabiqəsinin eks-münsifi, stilist Kemal Doğulu xəstəxanaya yerləşdirilib.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, qonşuları tərəfindən binanın dəhlizində tapılan Kemalın pilləkəndən yıxıldığı iddia edilib.

Təcili olaraq xəstəxanaya yerləşdirilən stilist xeyli qan itirib, həkimlər tərəfindən ciddi nəzarətə götürülüb.

Doğulunun səhhəti ilə bağlı məşhur prodüser Armağan Çağlayan məlumat verib.

O, bildirib ki, saç ustasının bədənində əziklər və sınmalar var:

“Onurğasından zədə alıb, pilləkəndən yıxıldığı deyilir, başı yerə dəyib, xeyli qan itirib”.