Məşhur türk aktyor Şener Kökkaya 82 yaşında vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “NTV haber” məlumat paylaşıb.
1982-ci ilə qədər Ankara İncəsənət Teatrında aktyor və səhnə müdiri işləyən sənətçi 1970-ci illərdə TRT-də yayımlanan “5 Dakika” proqramı ilə məşhurlaşıb.
Adana Dövlət Teatrında da çalışan Kökkaya “Organize İşler”, “Vizontele”, “Vizontele Tuuba” kimi filmlərdə rol alıb.