Məşhur türk model Putinə söz atdı - Fotosessiya

meshur-turk-model-putine-soz-atdi
Oxunma sayı: 8332

Türkiyəli məşhur model Tuğçe Kazazın budəfəki hədəfi Putin olub.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, son zamanlar sənətindən daha çox çıxışları ilə gündəmə gələn model qonaq olduğu verilişdə Rusiya prezidentini ərgən qızlara bənzədib:

“Təyyarə vurulduqdan sonra Putin özünü sevgilisindən ayrılmış, depresiyaya düşən ərgən qızlar kimi aparır. Məsum insanları vasitə edib qətliam törətməkdən əl çək. Bir az adam ol, Putin, adam”.

Qeyd edək ki, model bir həftə əvvəl qatıldığı verilişdə HDP-nin İstiqlal marşının ruhunu daşımadığını bildirmişdi.

Tuğçe Kazazın canlı yayımda şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmək və İstiqlal Marşını ifa etmək xahişini yerə salmayan aparıcı canlı yayımda ilk dəfə belə bir halla rastlaşdığını və şok olduğunu söyləmişdi.