Məşhur türk serialı final edir

meshur-turk-seriali-final-edir
Oxunma sayı: 4315

Star TV-də yayımlanan məşhur “Çocuk” serialı ekranlarla vidalaşır.  “Qafqazinfo” xəbər verir ki,  “1441 Yapım” şirkəti tərəfindən ərsəyə gələn ekran işinin 28 yanvar tarixində son bölümü yayımlanacaq.

Beləliklə, “Çocuk” 18-ci seriyadan sonra tamaşaçılarla sağollaşacaq.

Buna səbəb layihənin son zamanlar reytinq nəticələrinin aşağı düşməsidir. Həmçinin, eyni vaxtda Show TV-də yayıma başlayan “Ramo” serialının böyük uğur qazanmasıdır.

Qeyd edək ki, “Çocuk”da Nazan Kesal, Merve Çağıran, Ceyda Ateş, Serhat Teoman, Kenan Acar və İsmail Hacıoğlu rol alır.