Məşhur türkiyəli aktyorun ağciyərində şiş aşkarlandı - Video

Məşhur türkiyəli aktyorun ağciyərində şiş aşkarlandı
Oxunma sayı: 3318

Məşhur türkiyəli aktyor Civan Canovanın ağciyərində şiş aşkarlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, instaqram hesabında məlumat verib.

67 yaşlı sənətkar 15 gündür xəstəxanada olduğunu bildirib.

“Ailəm yanımdadır. Məni bir neçə gündən sonra evə buraxacaqlar”, - o, paylaşdığı videoda deyib.

Qeyd edək ki, C. Canova sonuncu dəfə “Üç kuruş” serialında rol alıb. O, həmçinin “Çiçek taksi”, “Fatmagülün suçu ne?”, “Atiye”, “Paramparça” və s. kimi məşhur seriallarda çəkilib.