Türkiyənin məşhur aparıcısı Müge Anlı Azərbaycanda qonaq olub.
“Qafqazinfo”nun məlumatına görə, ATV-də yayımlanan “Mügenli Anlı ilə tatlı sert” verilişi çərçivəsində yayımlanan “Sevgi izi” layihəsinin təqdimatı Xırdalanda baş tutub.
Təqdimat mərasiminə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, millət vəkili Qənirə Paşayeva, modelyer Fəxriyyə Xələfova da iştirak edib.
Tədbirdə çıxış edən Müge Anlı autizm sindromu ilə mübarizə yolları, bununla bağlı valideynlərə düzgün istiqamət göstərmək, bu qəbildən olan uşaqların sosiallaşması üçün cəmiyyətin onlara münasibəti və diqqətin artırılması kimi məsələlər haqqında ətraflı məlumat verib.
Təqdimatdan sonra Türkiyəyə qayıdan aparıcı verilişində Azərbaycanla bağlı xatirlərini bölüşüb:
“Sizə Azərbaycandan sevgillər gətirdik. Orada o qədər kübar insanlar ki, ora getməyinizi tövsiyə edirəm. Bakı çox güvənli bir şəhərdir. Möhtəşəm parkları var, uşaqları küçədə tapa bilməzsiz. Şəhərin memarlığı çox gözəldir”.











Son xəbərlər
Son Xəbərlər