Məşhur türkiyəli repçi Rəmişlə bağlı paylaşım etdi

meshur-turkiyeli-repci-remisle-bagli-paylasim-etdi
Oxunma sayı: 4561

Türkiyənin məşhur rep ifaçısı Ezhel (Ömer Sercan İpekcioğlu) ötən gün dünyasını dəyişən Xalq artisti Rafiq Hüseynovla (Rəmiş) bağlı paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, o, 2 milyona yaxın izləyicisi olan instaqram hesabında Rəmişin ifasını paylaşaraq sənətçinin ölümündən kədərləndiyini qeyd edib:

“Rəmiş babanı ilk dəfə yutubda tanıdım, daha sonra gitaraya heyran oldum. Təəssüf ki, onu itirdik. Ruhu şad olsun”.