Məşhur uşaq mahnısının müəllifi vəfat etdi

meshur-usaq-mahnisinin-muellifi-vefat-etdi
Oxunma sayı: 4251

Rusiyalı yazıçı, şair və ssenarist Aleksandr Timofeyevski 88 yaşında dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS-a onun həyat yoldaşı Natalya məlumat verib.

O, ömür-gün yoldaşının ağır xəstəlikdən vəfat etdiyini qeyd edib.

Qeyd edək ki, A.Timofeyevski 1933-cü il noyabrın 13-də Moskvada anadan olub. Bir çox cizgi filminə ssenari və mahnı yazıb. Onlardan ən məşhuru “Pesenki krokodila Genı”dır (“Pust bequt neuklüje...”). Şair bir çox mükafat laueratı olub.