Məşhur xanım boksçudan şok açıqlama - “İntihar edəcəkdim”

meshur-xanim-bokscudan-sok-aciqlama
Oxunma sayı: 1875

Amerikalı xanım boksçu Ronda Rauzi ölkəsinin ən populyar televiziya proqramlarından biri olan “Ellen Şou”da şok açıqlamalar verib.

“Qafqazinfo” xəbər verir ki, o, efirdə bir neçə ay öncə çıxdığı döyüşdə nakauta düşdükdən sonra intihar etmək istədiyini bildirərək ağlayıb. Rauzin bu açıqlaması görənləri heyrətə gətirib.