ABŞ-da ABC kanalının xəbər spikeri Gio Benitez evlənib.
“Qafqazinfo” daily mail-ə istinadən xəbər verir ki, aparıcı bir müddətdir nişanlı olduğu həmcinsi Tommy Di Dadio ilə ailə həyatı qurub.
Cütlüyün toyu Floridada baş tutub.
Qeyd edək ki, 30 yaşlı Gio Benitez ötən ilin sentyabr ayında Parisdə sevgilisinə evlənmə təklif etmişdi.
Benitez “Good Morning America”, “World News Tonight” və “Nightline” kimi məşhur proqramların layihə rəhbəri, iki dəfə “Emmy” mükafatının sahibidir.





Son xəbərlər
Son Xəbərlər