Məşhur yazıçının oğluna 10 il cəza istənildi

meshur-yazicinin-ogluna-10-il-ceza-istenildi
Oxunma sayı: 724

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əziz Kərimzadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun xəbərə görə, hakim Rahib Salmanovun icraatında olan prosesdə cəza istənilib.

Dövlət ittihamçısı çıxış edərək Ə.Kərimzadənin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Ə.Kərimzadənin vəkili çıxış üçün vaxt istəyib. Məhkəmə prosesi mayın 8-də davam etdiriləcək.

Qeyd edək ki, Əziz Kərimzadə tanınmış yazıçı Fərman Kərimzadənin oğludur.

Murad Əhməd