"YouTube" videoları ilə məşhur olan 3 macərapərəst Kanadada şəlalədən yıxılaraq ölüb.
"Qafqazinfo" xarici mediaya istinadən xəbər verir ki, "High On Life" qrupunun üzvləri Riker Qambl, Aleksey Liax və Meqan Skraper Şannon şəlaləsində çəkiliş edərkən bədbəxt hadisə ilə üzləşiblər.
Polis onların şəlaləlin töküldüyü yerdə üzmək istəyərkən müvazinətlərini itirdiyini və 30 metr hündürlükdən yıxıldıqlarını bildirib.
Qeyd edək ki, "High On Life" qrupunun "YouTube"da 1,1 milyon izləyicisi və 500 mindən çox abonuçəsi var.
.jpg)


Son xəbərlər
Son Xəbərlər