Məşhurlar çəkilişdən imtina etdi - Pulları verilmir

meshurlar-cekilisden-imtina-etdi
Oxunma sayı: 2838

Üç gün əvvəl Star TV-də ilk fraqmanı yayımlanan “Babamın günahları” serialında qalmaqal meydana gəlib. 

“Qafqazinfo” xəbər verir ki, Kadir Doğulu və Melisa Sözenin baş rol oynadığı ekran işinin kollektivi arasında narazılıq yaranıb.  Belə ki, çəkilişləri davam edən serialın aktyor heyəti işləməkdən imtina ediblər.  Onlar məvaciblərini vaxtında almadıqlarını iddia edərək baş prodüserə etiraz ediblər. 

Çəkilişlərə iki gün ara verən aktyor-aktrisalar bəyanat yayıblar. Tanınmış şəxslər iki gün ərzində ödənişləri verilməsə, çəkilişə qatılmayacaqlarını qeyd ediblər.