Məşhurlar deputatın kitab təqdimatında- - Fotolar

meshurlar-deputatin-kitab-teqdimatinda-
Oxunma sayı: 1431


“Qafqazinfo”nun məlumatına görə, millət vəkili Qənirə Paşayevanın Türkiyə türkcəsində çıxan  “Allah, seven kalplerdedir (“Seni Allaha aşk götürür”) və “Aşk Başka” adlı kitablarının təqdimatı və imzalanması olub. Türkiyənin ünlü simalarının tanınmış sənətçilər Orxan Gəncəbay, Oya Aydoğan, Sevim Emre, Nursaç  Doğanışık, Bora Gencer, Mehmet Özkaya, Bünyamin Aksundur, Züleyha, tanınmış mediya rəhbərləri və televiziyaçılar Abbac  Güclü,  Güneri  Civaoğlu, Cüneyt Özdemir, İsmayıl Ballı kimi tanınmış ictimai-siyasi xadimlərin iştirakı ilə keçən təqdimat mərasimində ilk olaraq kitabları Türkiyə türkcəsinə uygunlaşdıran yazar İmdat Afşar çıxış edib. Türkiyənin tanınmış sənətçisi Orxan Gəncəbayın çıxışından sonra tədbirin yekununda millət vəkili Qənirə Paşayeva çıxış edib. 

Qənirə Paşayeva "40 yaşımı bu kitablarla və sizinlə birlikdə qeyd etmək mənim üçün çox böyük sevinc və qürurdur",- deyərək ona hər zaman dəstək olan insanlara, həyatında böyük rol oynamış şəxsiyyətlərə, dostlarına, bu kitabların işıq üzü görməsində dəstək göstərən bütün insanlara  təşəkkür edib. 

Qənirə Paşayeva kitablarını imzalayaraq tədbir iştirakçılarına hədiyyə edib.