Məşhurlar Formula 1 üçün Bakıya gəlir

meshurlar-formula-1-ucun-bakiya-gelir
Oxunma sayı: 1589

İyunun 17-19-da Bakıda keçiriləcək Formula 1 Qran-Prisinin əyləncə proqramı açıqlanıb. “Qafqazinfo” xəbər verir ki, bir çox məşhurlar bunun üçün Bakıya gələcəklər.

Kris Braun, Enrike İqlesias və Farel Vilyams paytaxtımız təşrif buyuracaqlar və 2016-cı il Formula 1 Avropa Qran-Prisinin konsert proqramında çıxış edəcəklər.

İyunun 17-si cümə günündən başlayaraq, dünya musiqisinin üç məşhur ulduzu Formula 1 şəhərciyində xüsusi olaraq qurulmuş əsas səhnədə axşam saatlarında müvafiq ardıcıllıqla çıxış edəcək.

Qeyd edək ki, konsertlərə giriş ödənişsizdir və bu proqramda ancaq Avropa Qran Prisinə bilet alanlar iştirak edə biləcəklər.