“Qafqazinfo” xəbər verir ki, iftar süfrəsi açan Nata tədbirə Nadir Qafarzadə və Elnur Məmmədovu da dəvət edib. Müğənninin bu addımı TV kanallarının xəbəri olmadan baş tutub. Onlar bir neçə saatlıq konsert proqramı ilə çıxış ediblər.
Ziyarətlə bağlı təəssüratlarını bölüşən müğənni bildirib ki, ata və ana insanın yer üzündə varlıq səbəbidir: “Bu gün qocalar evini ziyarətə getdim. Sevindim ki, görüş istədiyim dostlarımın iştirakı ilə baş tutdu, amma, içəri girəndə kədərləndim. Ona görə ki, dövlətimiz hər cür yüksək şəraiti yaratsa belə, onlar burada yox, öz isti, halal ocaqlarının yuxarı başında- övlad, nəvə əhatəsində əyləşməli idilər.
Ata və ana insanın yer üzündə varlıq səbəbidir. Onlara qayğı göstərmək isə insanın müqəddəs borcudur. Nə etsək də bu borcdan çıxa bilmərik. İnsan necə bu borcun üzərinə böyük günah əlavə edə bilər? Böyükləriniz üçün sağlığında əlinizdən gələni edin. Hər zamanın bir hökmü var. Allah bütün valideynlərə ömür versin, dünyasını dəyişənlərə rəhmət eləsin. Bütün ana-atalara layiqli övladların qismət olmasını arzu edirəm. Unutmayaq ki, etdiyimiz əməllər bir gün mütləq qarşımıza çıxacaq”.
Son xəbərlər
Son Xəbərlər