Məşhurlar qocalar evində - Fotolar

meshurlar-qocalar-evinde
Oxunma sayı: 2405

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi Buzovna qəsəbəsində yerləşən, el arasında Qocalar Evi adlandırılan 1 saylı Psixonevroloji Sosial Xidməti Müəssisəsində Ramazan bayramı ilə bağlı tədbir keçirib.

"Qafqazinfo" xəbər verir ki, tədbirdə idarənin nəzdindəki mahnı və rəqs ansambılarının iştirakı ilə geniş konsert proqramı təqdim edilib.

Bayram süfrəsi ətrafına toplaşan müəssisə sakinləri “Gündəm” qrupunun, məşur mügənnilər Leyla Ramazanlının, Könül Şıxəliyevanının, Jeylanın və Mirkamil Kamilovun  ifa etdiyi mahnıların sədaları altında onlarla xüsusi zövqlə rəqs ediblər. Həmçinin, idarənin rəqs kollektivlərinin çıxışları tamaşaçılara bol sevinc bəxş edib.

Bayram əhval-ruhiyəsi əlil və ahıl olan müəssisə sakinlərində böyük ruh yüksəyliyi yaradıb. Onlar təşlikatçılarla birgə rəqs edib ürəkdən şənləniblər.

Sonda 1 saylı Psixonevroloji Sosial Xidməti Müəssisəsinin rəhbərliyi və sakinləri Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinə təşkilatçılığlarına görə təşəkkürlərini bildiriblər.

Bayram konsertinin keçirilməsində göstərdiyi dəstəyə görə “Belinay” estetik mərkəzinin əməkdaşlarına Fəxri Fərmanlar təqdim olunub.