Məşhurlar yardıma başladı

meshurlar-yardima-basladi
Oxunma sayı: 2080

 

Türkiyədə məşhurların sosial mediada başlatdığı “Mehmetçik” vəqfinə yardım” kampaniyası getdikcə böyüyür.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, sosial şəbəkədə vəqfə 50 min lirə verdiyini deyən Demet Akalın həmkarlarını və imkanı olan şəxsləri yardım etməyə çağırıb: “O gözəl ürəkli sənət dostlarıma, hər zaman ekranlarda olan böyüklərimə səslənirəm. Bir proqramda qazandığınız pulu “Mehmetçik” vəqfinə verin”.

Məşhur müğənninin bu çağırışına ilk qoşulanlardan biri həmkarı Seda Sayan olub. Seda Sayanın yardımını sosial şəbəkədə yazan Akalın həmkarına təşəkkürünü bildirib: “Seda Sayan “Mehmetçik” vəqfinə 200 min, “Polis” vəqfinə isə 80 min lirə yardım edib”.

Kampaniyaya qoşulan məşhurlardan Semiha Yankı, Pınar Altuğ Atacan, Didem Uzel, Aslı Hünel, Nida Ünsal, Doğuş, “Survivor” yarışma proqramından tanıdığımız Hakan Hatipoğlu etdikləri yardıma görə mobil telefonlarına gələn təşəkkür mesajını sosial şəbəkələrdə paylaşıb.

Günel Hacı