Bakıda yeni şirniyyat markası – “Qrand Pasta” Mağazasının açılışı olub.
“Qafqazinfo” xəbər verir ki, açılışda şou-biznesin tanınmış simaları -prodüser Tolik, aparıcı Afaq Gəncəli, müğənnilərdən Sevil Sevinc bacıları, Rahidə Baxışova, Zenfira İbrahimova, Ayan Babakişiyeva və başqaları iştirak ediblər.
“Qrand Pasta”nın baş qənnadçısı Nahid bildirib ki, bu məkan hər kəsin özəl günlərini özəl edəcək: “Unikal tortlarla, şirniyyatlarla müştərilərimizin xidmətində olacağıq. Xüsusən, türk paxlavalarımızın dadı bir başqadır. Türk ustalarımız tərəfindən hazırlanır. Dietik çeşidlərimiz də var”.
Baş qənnadçının sözlərinə görə, “Qrand Pasta”da ən güclü şirniyyat ustaları yığışıb. Buradakı məhsullar fransız, belçika, italyan reseptləri əsasında hazırlanır. İstifadə olunan ərzaqlar isə xarici ölkələrdən gətirilir.
Prodüser Tolik yeni məkanın açılışı münasibətilə hər kəsi təbrik edib: “Cox gözəl şirniyyat çeşidləri var. Ən özəlliyi isə odur ki, türk paxlavasının əsl ustaları bu məkana toplaşıblar. Bu gün biz də gəlmişik ki, bu məkanla tanış olaq və xidmətlərindən yararlanaq. Şirniyyatları çox dadlıdır. Çalışacağıq həmişə buradan alış-veriş edək. Paytaxtın başqa yerlərində də açılışı gözlənilir”.
Sonda 8 Mart Qadınlar Günü münasibətilə açılışa gələn xanımlara “Qrand Pasta”nın rəhbərliyi adından gül dəstələri təqdim olunub.
Ünvan: Həsən Bəy Zərdabi pr. 78V
Tel.: (012) 433 10 80
Mob.: (050) 433 10 80




















Son xəbərlər
Son Xəbərlər