Azərbaycanda məşhurlara qızıl satan qadının - Başı kəsildi

Azərbaycanda məşhurlara qızıl satan qadının
Oxunma sayı: 16595

Bu gün Bakıda dəhşətli cinayət hadisəsi baş verib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, “Jewellery" zinət əşyaları mağazasının sahibəsi Məryəm Namədzadə “Nəsimi bazarı” ərazisindəki evində qətlə yetirilib.

Qonşuların sözlərinə görə, qadının başı kəsilmiş şəkildə meyiti tapılıb. 

Nəsimi rayon Prokurorluğundan "Qafqazinfo"ya bildirilib ki, hazırda müstəntiqlər hadisə yerindədir. Araşdırma aparılır.  

Qeyd edək ki, mərhum biznes ledi şou-biznes nümayəndələri ilə yaxınlığı ilə tanınır. Mətanət İsgəndərli, Könül Kərimova, Mətanət Əsədova və başqa müğənnilər mağaza sahibəsinin daimi müştəriləridir.

***

Biznes ledi 43 bıçaq zərbəsi ilə qətlə yetirilib. Bu barədə APA TV məlumat yayıb. 

***

Bakıda sahibkar qadının evində xüsusi amansızlıqla öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bakı şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə qorxu ilə tələb etmə ilə əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb, cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Elvin Elxan


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi