Məşhurlardan #evdəqal paylaşımı...

meshurlardan-evdeqal-paylasimi
Oxunma sayı: 6592

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi koronavirusla mübarizə çərçivəsində #evdəqal həştəqi ilə yeni aksiyaya start verərək insanları evdə qalmağa çağırıb.

“Qafqazinfo” xəbər verir ki, ölkənin incəsənət üzvləri də sözügedən təşəbbüsə əməl edərək sosial şəbəkələrdə paylaşımlar etməyə başlayıblar.

Xalq artisti Tünzalə Ağayeva sosial şəbəkədə paylaşım edərək hər kəsi diqqətli olmağa çağırıb:

“Hər birimiz özümüzü qorumaqla sağlam günlərə tezliklə çıxarıq”.

Prodüser Tarix Əliyev (Tolik) də instaqramda status yazaraq hər kəsin bayram günlərində evdə olmağını məsləhət görüb:

“Dostlar, bayramlar çox əzizdi, hamı bir- birinin evinə qonaq getmək istəyir. Amma çalışın öz ailənizlə, evinizin içində doğmalarınızla bayram günlərinizi qeyd edin. Çünki bununla biz sağlamlığımızla həm özümüzü, həm də doğmalarımızı virusdan qorumuş oluruq”.

Bundan əlavə, aparıcı Zaur Baxşəliyev instagram səhifəsində maarifləndirici videoçarx paylaşaraq qeyd edib ki, insanlar ehtiyac olmadığı təqdirdə evdən bayıra çıxmasınlar.

Həmçinin müğənni Nura Suri də hər kəsə evdə qalmağı məsləhət görüb.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 14 mart 2020-ci il tarixindən etibarən ölkə ərazisi xüsusi rejimə keçib.