Məşhurlarımız qala gecəsində... - Fotolar

meshurlarimiz-qala-gecesinde
Oxunma sayı: 1016

Ötən gün Nizami Kino Mərkəzində “Sara” filminin təqidmat mərasimi keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, qala gecəsində filmin yaradıcı heyəti, kino və şou dünyasının tanınmış simaları iştirak edib. Təqdimata millət vəkili Aqil Abbas da qatılıb. 

Layihədə rol alan xalq artisti Rasim Balayev gecəyə qatılmayıb.

“Sara”nın rejissoru Elvin Əhmədov aktyorun səhhətinin yaxşı olmadığını, bu səbəbdən qalada iştirak etmədiyini söyləyib. 

Ekran işində əməkdar artistlər Qurban İsmayılov, Fuad Osmanov, aktrisalar Aysel Nazim, Zarina Qurbanova və başqaları rol alıb. 

Filmin əsas qəhrəmanı isə Duyğu Dəvəlidir. O, “Yeni ulduz”yarımasının iştirakçısı olub.  Ailə qurduqdan sonra efirlə vidalaşıb, uzun müddət sonra özünü aktrisa kimi sınamaq qərarına gəlib və "Sara"ya çəkilib. 

Melodrama janrında çəkilən film bu gündən etibarən kinoteatrda yayımlanmağa başlayacaq. 

Fotolar: Nuran Məmmədov