Məşhurların ilk və son filmləri- - Fotosessiya

meshurlarin-ilk-ve-son-filmleri-
Oxunma sayı: 5093


Aktrisa Ancelina Coli 1982-ci ildə ekranlaşdırılan “Lookin to Get Out” filmində rol alan zaman hələ 7 yaşında idi. 39 yaşında kino ulduzunun son çəkildiyi filmi isə reytinqləri alt-üst edən “Malefis”dir. 

Aktyor Russell Crowe ilk filmə çəkilən zaman 27 yaşı olub, 1991-ci ildə lentə alınan filmin adı “Brides of Christ”dir. Film ulduzu sonuncu dəfə 50 yaşında “The Water Diviner”ə çəkilib.

Leonardo DiCaprio ilk dəfə olaraq 1991-ci ildə “Məxluqlar-3” filmi ilə ekranlarda görünməyə başladı. Bu filmdə hələ onun 17 yaşı var idi. Aktyor 40 yaşında çəkildiyi sonuncu filmi isə “Pul ovçusu”dur.

Əfsanəvi aktrisa Naomi Wattsin çəkildiyi ilk filmi “For Love Alone” olub. 1986-cı ildə çəkilən filmdə Naominin hələ  18 yaşı var idi. Kino ulduzunun 46 yaşında son çəkildiyi film “Birdman”dir. 

Robin Williams çəkildiyi ilk film 1978-ci ildə çəkilən “Mord və Mindy”dir. 27 yaşında film sektoruna atılan aktyorun son filmi 63 yaşında çəkildiyi “Əsəbi adam”dır.

10 yaşlı Keira Knightley 1995-ci ildə “A Village Affair” filmi ilə ekranlarda görünüb. Aktrisanın son filmi isə 29 yaşında çəkildiyi “Laggies” filmidir. 

Brad Pittin çəkildiyi ilk kino 1987-ci ildə lentə alınan “Less Than Zero” filmidir. Aktyorun çəkildiyi son film isə “Fury”dir. 

Məşhur ulduz Sharon Stone  film aləmi ilə 22 yaşında tanış olub. O, 1980-ci ildə “Stardust Memories” filmi üçün kamera qarşısına keçib. Aktrisa 56 yaşında çəkildiyi son “Lovelace” adlı filmin çəkilişləri davam edir. 

Gənc aktrisa Elle Fanning 5 yaşında “Mənim adım Sam” filmi ilə ekranlarda görsənməyə başladı. Kino ulduzunun son filmi isə 16 yaşında kamera qarşısına keçdiyi “Malefis”dir.