Bu gün yeni dərs ilinin başlanğıcı, “Bilik günü”dür. “Qafqazinfo”nun məlumatına görə, övladlarını birinci sinfə yola salanlar arasında məşhur sənətçilər də var. Müğənni Röya, Rəqsanə İsmayılova, Elnarə xəlilova, Miri Yusif də sözügedən sənətçilər sırasındadır. Onlar sevinclərini sosial şəbəkədə bölüşüblər:
Elnarə Xəlilova: “Mənim ümidim, köməyim, oğlu. Arxam, dayağım, dirəyim, oğul. Düşmənim yoxdur Çəpərim Oğul. Noğulum, qəndim, şəkərim, oğul. Səni 1-ci sinfə getməyin münasibətilə ürəkdən təbrik edirəm! O gün olsun ki, ali məktəbə gedəsən”.
Röya da övladını birinci sinfə yola salan məşhurlardandır.
Miri Yusif: “Oğlum Mir Hüseyn birinci sinfə getdi”.
Rəqsanə İsmayılova: “ Mənim gözəl Yağmurum birinci sinfə gedir. Bütün balaları təbrik edirəm, uğurlar arzulayıram. Uşaqlığım yadıma düşdü. Yağmur, Allah səni bütün arzularına çatdırsın. Ilk bilik gününü mübarək”.
Könül
Son xəbərlər
Son Xəbərlər