Məşhurların Trampa sərt reaksiyası...

meshurlarin-trampa-sert-reaksiyasi
Oxunma sayı: 1480

Dünyaca məşhur simalar Prezident Donald Trampa qarşı kampaniyaya başlayıblar. “Qafqazinfo” xəbər verir ki, onlar ölkə liderini iğtişaşları təşkil etməkdə və Konqres binasına hücum edənlərə dəstək verməkdə iddia edərək qınayıblar.

Ulduzlar sosial şəbəkələrdə post paylaşaraq Trampın ABŞ-da çevirilişə cəhd etdiyini vurğulayıblar.

Müğənni PİNK:

“ABŞ vətəndaşı, iki veteranın qızı və bir başqasının bacısı olaraq Vaşinqtonda baş verənlərdən utanıram. İkiüzlülük, rəzalət, ayıb... Amerika üçün kədərli bir gün oldu”.

Aktyor Saşa Baron Koen:

“Donald Tramp ABŞ demokratiyasına qarşı şiddətli bir hücuma səbəb oldu. Nəhayət, hərəkət etməyiniz üçün bu kifayətdirmi? Donald Trampı platformalarınızda qətiliklə qadağan etməyin vaxtı gəldi”.

Komediya aktyoru Alek Bolduin: “Tramp psixologiyası pozulmuş bir manyakdır”.

Aktyor Ben Stiller:

“Prezident paytaxta basqın edən və hər kəsi dəhşətə gətirən izdihama “biz sizi sevirik” deyir. Bu şəxsin ritorikasının aktivləşdirildiyi, həqiqi zorakılığa çevrildiyi bir Konqaresdə insanların toplaşmağı çox qəribədir”.

Aktyor-prodüser Mark Ruffalo:

“Bu, Tramp və müttəfiqləri adına çevriliş cəhdidir. Hər şey Tramp və onun administrasiyasının işidir. Respublikaçılar partiyasındakı qorxaqlar məsuliyyət daşımalıdır”.

Müğənni Selena Qomez:

“Bu gün baş verənlər insanların sosial media platformalarından ürəklərində nifrət hissi ilə istifadə etmələrinə icazə verməsinin nəticəsidir. “Facebook”, “Instagram”, “Twitter”, “Google”, Mark Zuckerberg, Sheryl Sandberg, Jack Dorsey, Sundar Pichai, Susan Wojcicki, bu gün Amerika xalqını məyus etdiniz. Ümid edirəm bu işin böyüməsini dayandıracaqsız”.

Aktrisa Sarah Cesika Parker: 

“Təsəvvür oluna bilməz. Utancvericidir. Şok! Ancaq təəccüblü deyil. Məsul tutulacaq bir çox insan var. Onların kim olduğunu bilirsiz. Şiddət, bölücülük, vəhşi ritorika ortaya qoydun, bəhanələr gətirdin. Qorxaqlar! Sən lider deyilsən. Yenidən hər şeyi qurmağa çalışacağıq”.

Repçi Kardi B:

“Bu insanlar yayda ədalət tələb edən vəhşi heyvanlar kimi deyilmi?”

Müğənni Cennifer Lopez:

“Onlar sayəsində demokratiyamız əvvəllər olmadığı kimi bir hücum altındadır”.