Sloveniya çempionatında 28-ci turun oyunları keçirilib.
”Qafqazinfo” xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun komandası - "Domjale" də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Koper"lə qarşılaşıb. Matç heç-heçə başa çatıb - 1:1. Məsimov bu görüşün 63-cü dəqiqəsində meydana buraxılıb. Həmin vaxt hesabda öndə olan komandası bundan cəmi 3 dəqiqəsində sonra qapısında qol görüb.
Qeyd edək ki, "Domjale" geridə qalan turlarda topladığı 46 xalla üçüncü pillədə qərarlaşıb.
Son xəbərlər
Son Xəbərlər