Məşqçisindən hamilə qaldı

mesqcisinden-hamile-qaldi
Oxunma sayı: 2360


“Qafqazinfo” “ans press”ə istinadən xəbər verir ki, amerikalı ulduzun hamilə olduğu iddia edilib.

İndiyədək 17 "Qrand Slam" qazanmış Serena "Uimbledon" turnirində fransız Alize Kornetə 1:2 hesabı ilə yenilərək mübarizəni 3-cü turda dayandırmışdı. 

İddialara görə, zəif çıxışın səbəbi Uilyamsın hamilə olmasıdır. Bu iddiaları onun oyun zamanı tez-tez qarnını tutması daha da gücləndirib. Uşağın atası isə həm sevgilisi, həm də məşqçisi olan Patrik Mouratogloudur.

İddialar doğrulsa, 33 yaşlı tennisçi kortlara vida etməli olacaq. Mütəxəssislərin fikrincə, Serena yaşı səbəbindən yenidən tennisə dönə bilməyəcək.