“Messenger”də özü silinən mesaj funksiyası olacaq

messengerde-ozu-silinen-mesaj-funksiyasi-olacaq
Oxunma sayı: 1494

Facebook Messenger” messencerinin test versiyasında istifadəçilər göndərilən mesajı qəbul edən tərəf üçün silinmə vaxtını müəyyən edə bilərlər.

Qafqazinfo” ictnews-a istinadən xəbər verir ki, yaxın gələcəkdə sözügedən mobil proqramın istifadəçiləri mesajın 1 dəqiqə, 15 dəqiqə, 1 saat, 4 saat və ya 1 gün sonra silinməsi ilə bağlı seçim imkanı əldə edəcəklər.

Facebook” bu cür yeniliklərlə istifadəçilərə öz şəxsi kommunikasiyalarına daha yaxşı nəzarət etməyə imkan verir.