“Barselona”nın argentinalı ulduzu Lionel Messi dünyanın ən bahalı avtomobilinə sahib olub.
“Qafqazinfo” xəbər verir ki, forvard "Ferrari 335 S Spider Scaglietti" markalı maşın alıb.
1957-ci istehsalı olan maşın Fransanın paytaxtı Parisdə hərraca çıxarılıb. Avtomobil üçün 32 milyon avro təklif edən Leo istəyini reallaşdırıb.
Madrid “Real”ının portuqaliyalı uduzu Ronaldo da hərracda iştirak etsə də, o, Messinin təklifindən daha böyük məbləğ irəli sürməyib.
Son xəbərlər
Son Xəbərlər