Messi aldığı hotelin bütün əməkdaşlarını işdən çıxardı

messi-aldigi-hotelin-butun-emekdaslarini-isden-cixardi
Oxunma sayı: 7295

PSJ-nin ulduz futbolçusu Lionel Messi İspaniyanın müxtəlif bölgələrində yayılmış lüks hotellər şəbəkəsinə sahibdir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, bu dəfə Kadis vilayətində aldığı hotellə gündəmə gəlib. 

Belə ki, Messi aldığı hotelin bütün işçilərini - 40 əməkdaşını işdən çıxarıb. Argentinalının bu qərarı sərt tənqid olunub. 

Hotelin yerləşdiyi Sotoqrande şəhərinin meri onun bu addımını tənqid edib və bu məsələyə səssiz qalmayacağını bildirib.