Messi “Barselona” ilə təkbətək qaldı... - Fotolar+Video

messi-barselona-ile-tekbetek-qaldi
Oxunma sayı: 10502

Əfsanəvi futbolçu Lionel Messi “Camp Nou”da mətbuat konfransı keçirib.

“Qafqazinfo” xəbər verir ki, “Barselona” ilə müqaviləsi başa çatan futbolçu brifinqdə göz yaşlarını saxlaya bilməyib.

“Uzun illərdir - 13 yaşımdan bəri buradayam. 21 ildən sonra ayrılacağam. Hər kəsə, komanda yoldaşlarıma və bir çox insana minnətdaram. Gəldiyim gündən bu klub üçün hər şeyi etdim.

Bu şəkildə vidalaşmağı heç ağlıma belə gətirməzdim. Və azarkeşlərlə vidalaşmadan… Bir il yarım azarkeşləri görmədim, indi isə klubdan ayrılıram.

Təəssüf ki, belə oldu. Azarkeşlərin sevgisinə görə minnətdaram.

Müqaviləm başa çatdı. Qalmaq istədim. Haqqımda çox şey söyləndi, amma qalmaq istədiyim üçün əlimdən gələni etdim. “Barselona” La Liqa səbəbindən bunu edə bilmədi. Müqaviləmi 50 faiz azaltmağı təklif etdim.

Danışacaq vəziyyətdə deyiləm. Bütün həyatımı burada keçirdim. Çox çətindir… “Barselona”dan ayrılmağa heç hazır deyildim.

“Barselona” ilə yaxşı-pis bir çox xatirəm var. Əsla “Əlvida” deməyəcəyəm.

Nə baş verdiyini anlamadım. Heç belə xəyal etməmişdim. Ümid edirəm, bir gün geri dönə bilərəm”, - o duyğularını dilə gətirib.