Messi bu göstəricidə də Maradonaya çatdı

messi-bu-gostericide-de-maradonaya-catdi
Oxunma sayı: 2481

PSJ-nin argentinalı hücumçusu Lionel Messi cərimə zərbəsindən vurduğu qolların sayında həmyerlisi Dieqo Maradonaya çatıb. 

“Qafqazinfo” xəbər verir ki, Messi buna Liqa 1-in son turunda “Lill”in qapısına yol tapmaqla (4:3) nail olub. 

O, bununla da cərimə zərbəsindən qollarının sayını 61-ə çatdırıb və əfsanəvi Maradonanın uğurunu təkrarlayıb.