Messi bu hərəkətinə görə tənqid edildi - Video

messi-bu-hereketine-gore-tenqid-edildi
Oxunma sayı: 3245

ABŞ-nin “İnter Mayami” klubunda çıxış edən ulduz futbolçu Lionel Messinin hərəkəti tənqid olunub.

“Qafqazinfo” xəbər verir ki, argentinalı forvard MLS liqasının ilk turunda “Real Solt-Leyk”lə görüşdə zədə alaraq yerdə qalan rəqib oyunçu Andreu Bordinin üzərindən keçərək qol vurmaq istəyib.

Messinin yerdə qalan oyunçuya əhəmiyyət verməməsi azarkeşləri qəzəbləndirib. Bir çox tərəfdar ulduz futbolçunu tənqid atəşinə tutub. Onlar Leonu fair-play-ə əməl etməməkdə günahlandırıb.

Qeyd edək ki, “İnter Mayami” bu görüşdə 2:0 hesablı qələbə qazanıb.